Dünyada son onilliklərdə baş verən iqlim dəyişilikləri zəminində, hər bir ölkənin ərzağa olan tələbatının dinamikliyinin təmin olunmasında elmi nailiyyətlərin və innovasiyaların nəticələrinin tətbiqinin böyük əhəmiyyəti var.
Təqribən son 150 il müddətində bitki genetikası, seleksiyası, fiziologiyası və digər elm sahələrində elm adamlarının əldə etdikləri nailiyyətlər sayəsində, daha məhsuldar və eyni genotipdə bir neçə faydalı əlamətləri birləşdirən sortlar yaratmaq mümkün olmuşdur. Elmi araşdırmalar göstərir ki, müxtəlif aqrotexniki tədbirlərin (torpağın hazırlanması, səpin norması, səpin müddəti, gübrələrdən istifadə, alaqlara, xəstəlik və zəzərvericilərə qarşı mübarizə) məhsuldarlığa təsirini nəzərə almasaq, sadəcə yeni yaradılmış məhsuldar sortun tətbiqi, məhsuldarlığı 10-52 % artırmağa imkan verir. Odur ki, Bitki Seleksiya Mərkəzinin fəaliyyətinin əsas istiqamətini kompleks əlamətlərə malik, məhsuldar sortların yaradılması təşkil edir. Məqsədimiz:
Bitki Seleksiya Mərkəzi ümumilikdə aşağıda göstərilən fəaliyyət istiqamətləri üzrə xidmətlər göstərir:
Hal-hazırda Bitki Seleksiya Mərkəzi yeni buğda və arpa sortlarının yaradılması istiqamətində Biləsuvar və Quba rayonlarında elmi-tədqiqat işləri aparır.
Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent