Bitki Seleksiya Mərkəzi (BSM) dənli-taxıl bitkilərinin (buğda, arpa, çovdar, tritikale, qarğıdalı), dənli-paxlalı (noxud, mərcimək), pambıq, yem bitkilərinin (yonca, xaşa) seleksiyası və yeni sortlarının yaradılması istiqamətində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bir sıra təcrübəli seleksiyaçı və bitki fiziologoyası sahəsində çalışan alimlərlə əməkdaşlıq edir:
Faiq Xudayev - aqrar elmləri üzrə fəlsəfə doktoru, dossent. Bərk buğda, yumşaq buğda, arpa, tritikale və noxudun 28 sortunun həmmüəllifidir. Onlardan: Rəvan, Gömur 74, Xudafərin, Ağdərə, Yasəmən, tac 20 bərk buğda, Uğur 17, Altınbaşak, Lider, Çempion, Vüsal yumşaq buğda, Əkinçilik 70, Simurq arpa və noxudun Lütfi 46 sortlarını göstərmək olar.
Abidin Abdullayev - aqrar elmləri üzrə fəlsəfə doktoru, dossent. Dənli-taxıl bitkilərinin 40-dan çox sortunun həmmüəllifidir. Onlardan: Azəri, Səba, Şəfəq, Səba, Şəfəq 2, Altun, Tərəqqi, Əsgəran, Mətin, Onur, Tunc, Rəvan, Xudafərin və s. göstərmək olar.
Xanbala Rüstəmov – biologiya elmləri üzrə fəlsəfə doktoru, dossent. Dənli-taxıl bitkilərinin seleksiyası üzrə mütəxəssis, 23 yumşaq buğda, 9 bərk buğda və 2 tritikale sortlarının həmmüəllifidir. Onlardan: Əsgəran, Cənub, Leyla, Əsəd-80, Gülüstan-100, Çempion, Xəmsə, Oğuz, Mübariz yumşaq buğda, Zəngəzur, Maya, Korifey-88, Alyans, Comərd-90, Salvartı bərk buğda, həmçinin Fidan tritikale və s. sortları göstərmək olar.
Tofiq Allahverdiyev – biologiya elmləri doktoru. Bərk buğdanın Azər 81, yumşaq buğdanın Barış, Cumhuriyyət 100, Uğur 17, Altınbaşak, Fidan 98, Gülablı və tritikalenin Vü qar 76 sortlarının həmmüəllifidir.